“Arsenal”ın futbolçusu 2 aylıq sıradan çıxdı
28.12.2024 , 11:18
“Arsenal”ın zədəli futbolçusu Bukayo Saka əməliyyat olunub.
Korner.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mikel Arteta açıqlamasında deyib.
Saka İngiltərə Premyer Liqasının 17-ci turunda “Kristal Pelas”la oyunda (5:1) sıradan çıxmışdı.
23 yaşlı hücumçunun 2 aydan çox bərpa müddəti keçəcəyi gözlənilir.