“Arsenal”ın futbolçusu əməliyyat olundu
29.07.2020 , 14:52
“Arsenal”ın müdafiəçisi Şkodran Mustafi əməliyyat edilib.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İngiltərə Federasiya kubokunun yarımfinalında “Mançester Siti” ilə oyunda zədələnən almaniyalı futbolçunun əməliyyatı uğurlu alınıb.
28 yaşlı futbolçu oktyabrda məşqlərə başlayacaq.