Cənubi Afrika Respublikası çempionatında bədbəxt hadisə yaşanıb.
Superliqanın son turunda keçirilən “Maritsburq Yunayted” – “Arsenal” oyununda meydan sahiblərinin hücumçusu Luyanda Ntşanqaseni və qonaq komandanın 3 futbolçusunu ildırım vurub.
21 yaşlı oyunçu komadadır. Komandanın baş məşqçisi Fadlu Davids yerli mətbuata açıqlamasında futbolçunun reanimasiyada olduğunu bildirib. Gənc futbolçunun vəziyyəti ağırdır.
Qeyd edək ki, ildırım vurmasından “Arsenal”ın da 3 futbolçusu zərər çəksə də, onların durumu yaxşıdır.
