“Arsenal”ın Deklan Rays hədəfi
16.05.2023 , 15:44

“Arsenal” yay transfer pəncərəsinə sürətli start verməyə hazırlaşır.
Korner.az xəbər verir ki, İngiltərə klubu “Vest Hem”in futbolçusu Deklan Rays heyətinə cəlb etməkdə istəklidir.
Premyer Liqa təmsilçisi kapitan üçün 100 milyon avro təklif etməyi planlaşdırır.
Qarşı tərəfin bu təklifi qəbul etməyə hazır olduğu bildirilir.
