“Arsenal”ın daha bir üzvü Bakıya gəlməyə bilər
24.09.2018 , 14:36

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Arsenal” itki ilə üzləşib.
Komandanın müdafiəçisi Sokratis Papastatopulos “Everton”a 2:0 hesabı ilə qalib gəldikləri İngiltərə Premyer Liqasının VI tur matçında zədələnib.
Dizindən xəsarət alan yunanıstanlı stoper 39-cu dəqiqədə əvəzlənib. 30 yaşlı oyunçunun yaşıl meydanlardan uzaq qalacağı vaxta bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək.
“Qarabağ” Avropa Liqasında növbəti oyununu oktyabrın 4-də məhz “Arsenal”a qarşı keçirəcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 20:55-də başlayacaq.
