“Arsenal”ın baş məşqçisi koronavirusa qalib gəldi
11.04.2020 , 17:03

Koronavirusa yoluxan “Arsenal”ın baş məşqçisi Mikel Arteta tamamilə sağalıb.
Korner.az xəbər verir ki, bu barədə o, BBC-yə açıqlamasında məlumat verib:
“Hazırda tam sağalmışam. Özümü yaxşı hiss edirəm. Ancaq ailəm, qohumlarım, tanıdığım bir çox insan pandemiya ilə mübarizə aparır”.
