“Arsenal”ın Bakayoko hədəfi
27.06.2024 , 11:54

“Arsenal” yeni mövsüm üçün transfer çalışmalarını sürətləndirib.
Korner.az xəbər verir ki, “topçular” PSV-də çıxış edən Yohan Bakayoko ilə maraqlanır.
Bu barədə Belçika mətbuatı məlumat yayıb.
Hazırda bazar dəyəri 45 milyon avro olan 21 yaşlı belçikalı oyunçunun PSV ilə müqaviləsi 2026-cı ilə qədər davam edir.
Ötən mövsüm komandasının heyətində 48 matçda iştirak edən Bakayoko 14 qol vurub və 14 məhsuldar ötürmə edib.
Mina Musayeva
