“Arsenal”dan yeni transfer
24.01.2023 , 15:42
“Arsenal” müdafiə xəttini gücləndirib.
Korner.az xəbər verir ki, İtaliyanın “Spezia” klubundan Yakub Kivor heyətə cəlb edilib. Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
22 yaşlı müdafiəçinin keçidinin detalları açıqlanmayıb.
Polşa millisinin üzvü bu mövsüm A seriyasında 17 oyuna çıxıb.