“Arsenal”dan yeni transfer
22.01.2021 , 20:31
“Arsenal” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, İngiltərə təmsilçisi “Brayton”dan qapıçı Metyu Rayanı heyətinə qatıb.
Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Qolkiper mövsümün sonunadək icarə əsasında “topçular”da çıxış edəcək.