“Arsenal”dan vacib qələbə – Video
02.03.2026 , 09:00
İngiltərə Premyer Liqasında 28-ci turun qarşılaşmaları davam edir.
Korner.az xəbər verir ki, turun diqqətçəkən matçında “Arsenal” öz meydanında “Çelsi”ni qəbul edib. Gərgin keçən London derbisində meydan sahibləri 2:1 hesablı qələbəyə seviniblər.
“Topçular”ın heyətində Vilyam Saliba 21-ci dəqiqədə hesabı açıb. Fasiləyə az qalmış qonaqlar Pyer Hinkapienin öz qapısına vurduğu topla hesabı bərabərləşdiriblər. İkinci hissədə isə təşəbbüsü əldən verməyən “Arsenal” Yurrien Timberin 66-cı dəqiqədə vurduğu qolla yenidən önə keçərək vacib üç xalı qazanıb.
Bu nəticədən sonra “Arsenal” xallarını 64-ə yüksəldərək turnir cədvəlinin zirvəsində mövqeyini möhkəmləndirib. “Çelsi” isə 45 xalla 6-cı pillədə qərarlaşıb.