“Arsenal”dan “Seltik”ə
03.01.2025 , 17:07
“Arsenal”ın müdafiəçisi Kiran Tirni karyerasını ölkəsində davam etdirəcək.
Korner.az xəbər verir ki, şotlandiyalı futbolçu “Seltik”ə keçir.
Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. İngiltərə klubu ilə 6 aylıq müqaviləsi qalan 27 yaşlı sol cinah müdafiəçisi yaxın günlərdə “ağ-yaşıllar”a qoşulacaq.