“Arsenal”dan Sakaya 5 illik təklif
11.05.2023 , 12:36

“Arsenal” futbolçusu Bukayo Saka ilə müqaviləni uzadacaq.
Korner.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano məlumat yayıb.
Onun xəbərinə görə, İngiltərə nəhəngi Saka ilə 5 illik müqavilə imzalamağa hazırlaşır.
“Arsenal”da bu mövsüm 45 oyun keçirən Bukayo Saka 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
