“Arsenal”dan Saka qərarı
01.04.2025 , 17:00

“Arsenal” Bukayo Saka ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, “topçular” oyunçunu komandada saxlayacaq.
İngiltərə klubu 22 yaşlı futbolçunun müqaviləsini yeniləmək fikrindədir.
London nəhənginin Sakaya yeni sözləşmə ilə yanaşı, ona yüksək maaş təklif edəcəyi gözlənilir.
