“Arsenal” yeni mövsüm üçün növbəti transferini həyata keçirib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, London təmsilçisi “Lion”un hücumçusu Aleksandr Lyakazetti heyətinə cəlb edib. Onunla uzunmüddətli müqavilə imzalanıb.
İngiltərə mətbuatı bu transferin “Arsenal”a 50 milyon avroya başa gəldiyini yazıb.
Lyakazett ötən mövsüm 45 matçda 37 qol vurub.
