“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, London təmsilçisi azad agent olan Sead Kolaşinaçla uzunmüddətli müqavilə imzalayıb.
23 yaşlı müdafiəçinin yeni klubunda həftəsinə 140 min avro alacağı gözlənilir.
Qeyd edək ki, Kolaşinaç ötən mövsüm “Şalke”də oynayıb.
