“Arsenal”dan Premyer Liqa rekordu
02.03.2026 , 17:00
İngiltərə Premyer Liqasının 28-ci turunda “Çelsi”ni 2:1 hesabı ilə məğlub edən “Arsenal” bu mövsüm standart vəziyyətlərdən 16 qol vuraraq çempionat tarixində rekord nəticəyə imza atıb.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Daha əvvəl bu göstəriciyə “Oldhem Atletik” (1992/1993), “Vest Bromviç Albion” (2016/2017) və “Arsenal” (2023/2024) nail olmuşdu.
Qeyd edək ki, hazırda 64 xalı olan London klubu turnir cədvəlində liderdir.