“Arsenal” klubu heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri Metro yayıb.
Mənbədə deyilir ki, “topçular” “Napoli”nin müdafiəçisi Fauzi Qulyam ilə yaxından maraqlanır. Arsen Venqer bu müdafiəçiyə görə neapollulara 9 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, “Arsenal”ın son transferi “Çelsi”dən gələn Petr Çexdi
