“Arsenal”dan “Milan”a?
17.06.2025 , 14:15

“Arsenal” müdafiəçisi Oleksandr Zinçenkonu satacaq.
Korner.az xəbər verir ki, bu barədə İngiltərə klubu məlumat yayıb.
“Topçular” 27 yaşlı futbolçu üçün 10 milyon avro qiymət qoyub.
Ukraynalı oyunçu ilə “Milan”ın maraqlandığı iddia olunur.
Yaxın günlərdə tərəflər arasında rəsmi danışıqların baş tutacağı gözlənilir.
Qeyd edək ki, Zinçenko 2022-ci ildən Premyer Liqa klubunda çıxış edir.
