“Arsenal”dan gənc müdafiəçi transferi
04.02.2026 , 10:00
“Arsenal” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, “topçular” “Stok Siti”nin müdafiəçisi Ceyden Diksonu sıralarına qatıb.
18 yaşlı ingiltərəli oyunçu 2024–2026-cı illər ərzində “Stok Siti”nin müxtəlif yaş qrupları üzrə komandalarında çıxış edib.
Dikson bu müddətdə 55 qarşılaşmada iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.