“Arsenal”dan Bundesliqa klubuna
20.08.2019 , 21:48

“Arsenal”dan ayrılan Ştefan Lixtştayner karyerasını Almaniyanın “Auqsburq” klubunda davam etdirəcək.
Korner.az xəbər verir ki, 35 yaşlı müdafiəçi Bundesliqa təmsilçisi ilə bir illik müqavilə bağlayıb.
İsveçrə millisinin üzvü 2018-ci ildə “Yuventus”dan “Arsenal”a keçmişdi. Lixtştayner “Qrasshopper”, “Lill”, “Latsio” klublarında da çıxış edib.
