“Arsenal”dan baş məşqçi ilə bağlı qərar
26.05.2023 , 23:41

“Arsenal” baş məşqçisi Mikel Arteta ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, “topçular” baş məşqçi ilə yeni müqavilə imzalamaq istəyir.
İngiltərə mətbuatının məlumatına görə, tərəflər arasında danışıqlar olduğu, sözləşmənin 2028-ci ilə qədər uzadılması gözlənilir.
