“Arsenal”dan ayrılır
09.05.2023 , 22:34
“Arsenal”dan ayrılmaq istəyən Qranit Xakanın yeni ünvanı Almaniya ola bilər.
Korner.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Futbolçunu karyerasını Bundesliqa təmsilçisi “Bayer Leverkuzen”də davam etdirə bilər.
“Arsenal” isə isveçrəli futbolçu üçün 15 milyon avro istəyir.
Mövsüm ərzində 44 matça çıxan təcrübəli futbolçu 3504 dəqiqə meydanda qalıb və komandasına 7 qol, 7 məhsuldar ötürmə verib.