“Arsenal”dan ayrılır – Bu klublardan birinə keçə bilər
04.03.2025 , 22:00

“Arsenal”ın oyunçusu Tomas Parti yeni transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, futbolçu ilə 3 nəhəng klubun maraqlandığı iddia olunur.
Söhbət La Liqa klubu “Barselona”dan, İtaliya nəhəngi “Yuventus”dan və Paris təmsilçisi PSJ-dən gedir.
İngiltərə klubu mövsümün sonunda müqaviləsi başa çatacaq yarımmüdafiəçiyə hələ ki, yeni sözləşmə təklif etməyib.
Bu səbəbdən onun yayda komandadan ayrılması gözlənilir.
