“Arsenal”dan ayrılacağı gözlənilir
06.05.2025 , 11:30

“Arsenal”ın futbolçusu Jorjinyo mövsümün sonunda klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, 33 yaşlı oyunçu karyerasını Braziliyada davan etdirməyə yaxındır.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, ulduz futbolçunun “Flamenqo” ilə razılığa gəldiyi bildirilib.
Tərəflər arasında 2027-ci ilə qədər müqavilənin imzalanacağı gözlənilir.
İtaliyalı yarımmüdafiəçi bu mövsüm London klubunun heyətində 26 matça çıxıb və 1 qol vurub.
