“Arsenal”dan ayrıla bilər
17.05.2023 , 17:10
“Arsenaın futbolçusu Qranit Xaka mövsümün sonu komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, onunla “Bayer”in (Leverkuzen) maraqlandığı bildirilir.
İsveçrəli yarımmüdafiəçi üçün 15 milyon funt-sterlinq təklif gəlsə, baş məşqçi Mikel Artetanın transferi təsdiqləyəcəyi gözlənilir.
Xakanın da yenidən Bundesliqaya qayıtmağa hazır olduğu bildirilib.