“Arsenal”dan “Alanyaspor”a
16.08.2022 , 15:06
“Arsenal”ın futbolçusu Runar Runarsson karyerasını Türkiyədə davam etdirəcək.
Korner.az xəbər verir ki, 27 yaşlı qapıçı “Alanyaspor”a icarəyə verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İslandiyalı qolkiper 2023-cü ilin yayına qədər Super Liqa klubunda forma geyinəcək.