“Arsenal” heyətini “Portu”nun iki futbolçusu ilə gücləndirməyi planlaşdırır.
Korner.az-ın məlumatına görə, London klubu tarixinin ən səs-küylü transferini reallaşdırmaq niyyətindədir.
Hədəfdə olan futbolçular isə Cekson Martines və Xuan Kinterodur.
“Topçular” bu iki oyunçuya görə qarşı tərəfə 75 milyon avro ödəməyə hazırdırlar. Bu barədə “Record” məlumat yayıb.
