“Arsenal”dan 5 illik müqavilə
17.04.2020 , 17:30

PSJ-nin müdafiəçisi Leven Kurzava karyerasını İngiltərədə davam etdirəcək.
Korner.az xəbər verir ki, futbolçu “Arsenal” ilə razılığa gəlib.
Müqaviləsi cari mövsümün sonunda bitəcək futbolçu, azad agent kimi “topçular”a qoşulacaq.
“Arsenal”ın Kurzava ilə 5 illik müqavilə ilə bağlı razılığa gəldiyi bildirilir.
