Londonun “Arsenal” klubu heyətini gücləndirmək niyyətindədi.
Korner.az-ın məlumatına görə, “topçular” Pol Poqbanı transfer etməyi düşünür. “Daily Express” qəzeti yazır ki, paytaxt təmsilçisi fransalı yarımmüdafiəçiyə görə 110 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, Pol Poqba ilə keçmiş klubu “Mançester Yunayted” də yaxından maraqlanır.
