“Arsenal”dan 100 milyonluq transfer planı
02.03.2026 , 15:34
“Arsenal” yay transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi düşünür.
Korner.az xəbər verir ki, London klubu “İnter”in aparıcı müdafiəçisi Alessandro Bastonini heyətinə qatmaq niyyətindədir.
Xəbərdə bildirilir ki, baş məşqçi Mikel Arteta Bastonini öz oyun sistemində əsas fiqurlardan biri kimi görür. Klub rəhbərliyi də italiyalı futbolçunun komandanın taktiki quruluşuna uyğun gəldiyini düşünür.
Milan təmsilçisi isə 26 yaşlı müdafiəçini 90–100 milyon avrodan aşağı məbləğə buraxmaq niyyətində deyil. Bastoninin “İnter”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Bildirilir ki, “Arsenal” bu transfer üçün 100 milyon avro ödəməyə hazırdır.
Xatırladaq ki, Bastoni cari mövsümdə 33 qarşılaşmaya çıxıb, 2 qol vurub, 6 assistlə yadda qalıb.