İngiltərənin “Arsenal” klubu bəd xəbərlə sarsılıb.
Korner.az-ın məlumatına görə, çərşənbə axşamı məşq zamanı yenidən zədələnən Aron Remzi 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu haqda məlumatı klubun baş məşqçisi Arsen Venger verib. 23 yaşlı uesli futbolçu “Vest Hem”ə qarşı keçirilən matçda zədələnmişdi.
Qeyd edək ki, Remzi bu mövsüm “Arsenal”ın heyətində ümumilikdə 26 qarşılaşmada 13 qol vurmağı bacarıb.
