“Arsenal”da yeni müqavilə
23.07.2021 , 21:18

İngiltərənin “Arsenal” klubu yarımmüdafiəçisi Emil Smit Rou ilə yeni müqavilə bağlayıb.
Korner.az xəbər verir ki, 20 yaşlı futbolçu ilə 5 illik sözləşmə imzalanıb.
Bu barədə Londan klubunun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Emil “Arsenal”ın yetirməsidir.
