“Arsenal”da yeni müqavilə qeydə alınıb.
“Topçular” müdafiəçisi Rob Holdinqlə müqavilənin müddətini uzadıb. 22 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, Holdinq 2016-cı ildə “Bolton”dan “Arsenal”a transfer olunub. O, bu mövsüm 24 matçda 1 qol vurub.
