“Arsenal”da yeni kapitan
06.11.2019 , 18:11

“Arsenal”ın futbolçusu Qranit Cakanın kapitanlığı əlindən alınıb.
Korner.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Unay Emeri məlumat verib. Emeri, Cakanın artıq kapitan olmadığını bildirib.
Buna futbolçunun bir müddət əvvəl azarkeşlərlə yaşadığı qalmaqal səbəb olub.
“Arsenal”da yeni kapitan Pyer-Emerik Obameyanq təyin olunub.
