"Arsenal"ın ulduz futbolçusu Robin van Persi klubunun Asiyada qatıldığı təlim-məşq toplanışına getməyib.
Korner.az-ın məlumatına görə, hollandiyalı bunu "Mançester Siti"yə transfer olması üçün edib. Daha dəqiq desək futbolçu daha əvvəl "topçular"la müqavilə uzatmaqdan boyun qaçırmış, başqa komandaya keçmək istəmişdi.
Bununla da 28 yaşlı futbolçunun klubdan ayrılacağı dəqiqləşib.
Robin van Persi böyük ehtimalla "Mançester Siti"yə keçəcək.
