“Arsenal”da itki
25.10.2023 , 12:57

“Arsenal” itki ilə üzləşib.
Korner.az xəbər verir ki, “topçular”ın hücumçusu Qabriel Jezus sıradan çıxıb.
O, “Sevilya” ilə səfər görüşündə (2:1) xəsarət alıb.
Futbolçunun durumu tibbi müayinədən sonra məlum olacaq.
