“Zenit”in yeni transferi Branislav İvanoviç rusiyalı futbolçu Andrey Arşavinin “Arsenal”daki dövründən danışıb.
Korner.az-ın məlumatına görə, serbiyalı futbolçu bu haqda “Sport-express” nəşrinə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə Arşavin “Arsenal” ənənəsinin qurbanı oldu:
“Arşavin Londona gəldiyi ilk dövrlərdə yaxşı təsir bağışlayırdı. Ancaq “Arsenal”da ikinci şansı qazanmaq olmur: Arşavin də bunun qurbanı oldu. Düşünürəm ki, bunu Arşavin özü də hiss edirdi”
