“Arsenal” klubu iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Korner.az-ın məlumatına görə, bu xəbər klubun rəsmi saytında yer alıb
Teo Uolkot və Santi Kazorla London təmsilçisi ilə yeni müqavilə imzalayıb.
Hər iki futbolçunun komandada qalmasından məmnun olan “Arsenal”ın baş məşqçisi Arsen Venger deyib: “Kazorla və Uolkotun burada qalması çox gözəldir. Hər ikisi istedadlıdır və komanda üçün çox dəyərlidir. Onların “Arsenal”la müqavilə yeniləmələrinə sevindim”.
Qeyd edək ki, Uolkot “Arsenal”da 4 illik müqaviləyə imza atıb.
