“Arsenal” “Bazel”in yarımmüdafiəçisi Məhəmməd Əl-Nennini transfer edib.
Korner.az-ın məlumatına görə, bu barədə klubun saytı xəbər yayıb.
Misirli futbolçunun transferinin detalları ilə bağlı açıqlama verilməyib.
“Topçular”ın baş məşqçisi Arsen Venger bunları deyib: “Əl-Nenni artıq “Arsenal”ın futbolçusudu. O, bazar günü “Stok Siti” ilə Premyer Liqa matçında meydana çıxa bilər”.
