“Arsenal”ın hücumçusu Denni Uelbek bu gun Premyer Liqada “Mançester Siti” ilə oyunda zədə alıb.
Korner.az-ın məlumatına görə, birinci hissədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. İngiltərə millisinin də futbolçusu olan 25 yaşl Uelbekin “Avro-2016”nı buraxması təhlükəsi yaranıb.
Qeyd edək ki, Uelbek bir müddət əvvəl zədəsini sağaldaraq meydana qayıtmışdı.
