“Arsenal”da daha bir itki
31.10.2018 , 19:00

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Arsenal” ciddi itki ilə üzləşib
Məhəmməd Elneni zədələnib. Misirli yarımmüdafiəçinin 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Bununla da “Arsenal”da zədəli futbolçuların sayı 5-ə yüksəlib. London klubunun heytində Hektor Bellerin, Loren Koselni, Konstantinos Mavropanos və Sead Kolasinaç da zədədən əziyyət çəkir.
