“Arsenal”da ciddi itki
21.01.2019 , 16:30

İngiltərənin “Arsenal” klubu ciddi itkiylə üzləşib.
Klubun müdafiəçisi Hektor Belyerin mövsümü başa vurub. Premyer Liqanın 23-cü turunda “Çelsi”yə qarşı matçda zədələnən futbolçunun durumu ciddidir. Dizindən zədələnən sağ cinah müdafiəçisi 6-9 ay oynamayacaq.
