London “Arsenal”ı daha bir futbolçusunu itirib.
Korner.az-ın məlumatına görə, hücumçu Olivye Jirunun ardından klubun digər əsas üzvü Matyu Debüşi zədələnib. İngiltərə Premyer Liqası 4-cü tur çərçivəsinin mərkəzi oyununda (Arsenal – MS) zədələnən Debüşinin tibbi müayinədən sonra 2 ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.
Qeyd edək ki, Matyu Debüşi ÇL qrup mərhələsində keçiriləcək “Qalatasaray” ilə oyunu da buraxmalı olacaq.
