İngiltərə Futbol Assosiasiyası ötən həftə keçirilən “Çelsi” – “Arsenal” (6-0) qarşılaşmasında baş hakimin “Arsenal”ın futbolçusu Kiran Qibbsə verdiyi qırmızı vərəqəni ləğv edib.
Korner.az-ın məlumatına görə, həmin qırmızı vərəqə “Arsenal”ın digər futbolçusu Oksled Çemberlenə göstərilməli idi.
Ancaq, hakim futbolçuları səhv saldığından, Qibbs oyundan qovulmuşdu. Federasiya Çemberlendə də heç bir cəza verilməməsini qərarlaşdırıb. Hər iki futbolçu bu gün “Suonsi” ilə matçda meydanda olacaq.
