“Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç İngiltərə Premyer Liqasının 12-ci turunda “Arsenal”la oyunu buraxacaq.
Korner.az-ın məlumatına görə, buna səbəb isveçli hücumçunun “Suonsi”yə qarşı matçda sarı vərəqə alaraq cəzalı duruma düşməsi səbəb olub.
“Mançester Yunayted” – “Arsenal” görüşü noyabrın 19-u keçiriləcək.
