“Valensiya”nın müdafiəçisi Şkordan Mustafi “Arsenal”a keçidini şərh edib.
Korner.az-ın məlumatına görə, “Sky Germany”ə danışan futbolçu London klubuna simpatiyası olduğunu deyib:
“Mertezakerlə artıq uzun zamandı görüşmürük. Çünki milli karyerasını bitirib. Amma Özillə danışıqlarımız olub. O mənə hər şeyi olduğu kimi danışıb. Kluba gəlmək üçün məni əmin edib.
Əslində, “Arsenal”a qarşı həmişə simpatiyam olub. Onların oyunu tipik ingilis futbolu kimi deyil. “Topçular” daha çox top saxlamağı xoşlayırlar. Bizim milli komandada da belə oyuna üstünlük verilir”.
