“Arsenal” yeni mövsüm üçün ilk transferini gerçəkləşdirmək üzrədir.
Korner.az-ın məlumatına görə, Münhenqladbax “Borussiya”sının yarımmüdafiəçisi Qranit Caka futbolçu karyerasını London klubunda davam etdirəcək.
23 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanacaq. Bu transfer üçün “Arsenal” “Borussiya”ya 43 milyon avro təzminat ödəyəcək.
