İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal” futbolçusu Məsut Özilə müqavilə müddətinin uzadılması ilə bağlı yeni təklif göndərməyəcək. Bu barədə Britaniya mətbuatının bəzi nəşrləri məlumat yayıb.
Türk əsilli oyunçunun gələn mövsümdən “Mançester Yunayted”də oynayacağı iddia edilir. “Qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyonun çox bəyəndiyi Məsut Özil və “Atletiko”nun (Madrid) şərəfini qoruyan Antuan Qrizman “Mançester Yunayted”in transfer siyahısında ilk 2 sırada yer alırlar.
Bundan başqa, mövsümün sonunda “Arsenal”la sözləşməsi bitəcək Aleksis Sançes də komandadan ayrılacağı barədə söz-söhbətlər artmaqdadı.
