İngiltərə Premyer Liqasında 25-ci turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
“Arsenal” doğma meydanda “Lester”i qəbul edib və rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
“Aston Villa” səfərdə “Hall Siti”yə uduzub – 0:2.
“Liverpul” isə doğma meydanda “Tottenhem”i qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:2.
Turun qalan altı oyunu bu gün keçiriləcək.
