“Arsenal” və “Çelsi” onu istəyir
04.07.2024 , 10:34

“Bolonya”nın müdafiəçisi Rikkardo Kalafiorini Premyer Liqa klublarının transfer gündəmindədir.
Korner.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Arsenal” və “Çelsi”nin maraqlandığı bildirilir.
Xarici mətbuatda yer alan xəbərə görə, hər iki klub futbolçu üçün rəsmi təklif göndərməyə hazırlaşır.
İtaliya təmsilçisi isə gənc müdafiəçi üçün 50 milyon avro tələb edir.
Rikkardo Kalafiorini də Premyer Liqa klublarının istəyinə müsbət yanaşıb.
İtaliya forması ilə AVRO-2024-də də meydana çıxan gənc ulduz karyerası ərzində 129 matça çıxıb, 9 qol vurub, 13 məhsuldar ötürmə edib.
Mina Musayeva
